"Qarabağ" uğur qazanmağa layiq idi" - "Ferentsvaroş"un baş məşqçisi

16:48 28 İyul 2022

Çempionlar Liqası III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, "Chanmpionat" nəşrinə danışan rusiyalı mütəxəssis Azərbaycan klubu haqda da fikirlərini bildirib:

 

“Bazar günü çempionatda ilk turun oyunu var. Dərhah bu matça hazırlaşacağıq. İstirahət üçün vaxt yoxdur. “Slovan”ı keçməyimiz əla oldu. Çempionat matçından sonra “Qarabağ” haqda düşünməyə başlayacağıq. 

“Sürix” “Qarabağ”a uduzdu. Buna görə bu haqda danışmağa ehtiyac yoxdur. “Qarabağ” uğur qazanmağa layiq idi. Amma yenə deyirəm, Azərbaycan klubu ilə matç haqda sonra düşünəcəyik. Bakıya çərşənbə axşamı uçacağıq".

 

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti