Şahmat olimpiadası: Azərbaycan komandaları mübarizəyə başlayır

12:29 29 İyul 2022

Kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayacaq.
 
Kişilərdən ibarət yığma ilk görüşünü Əlcəzair seçməsinə qarşı keçirəcək. Qadınlar isə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq kollektivi ilə üz-üzə gələcək.
 
Azərbaycan – Əlcəzair 
Rauf Məmmədov – Ali Nassr
Qədir Hüseynov – Lamine Brahami
Vasif Durarbəyli – Massinas Cabri
Nicat Abbasov – Xalil Bengerabi
 
Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri
Xanım Balacayeva – Moza Al-Mansuri
Gövhər Beydullayeva – Vafiya Al-Maamari
Gülnar Məmmədova – Aişa Al-Maini
Ülviyyə Fətəliyeva – Essa Ruda
 
Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti