"Sürix"in prezidenti Ancillo Kanepa Çempionlar Liqası II təsnifat mərhələsinin "Qarabağ"la oyunlarını dəyərləndirib.
Sportarena.az xəbər verir ki, yerli mətbuata açıqlama verən klub rəhbəri Azərbaycan çempionunun orta səviyyədən yuxarı komanda olduğunu deyib:
"Əlbəttə ki, məyus olduq. Daha çoxu mümkün olardı. Amma onu da qəbul etməliyik ki, “Qarabağ” orta səviyyədən yuxarı komandadı. Villi Qnonto da “Qarabağ”la qarşılaşmada uğursuz çıxış etdi. Blerim Cemayli isə zədə səbəbindən komandaya kömək edə bilmədi".
Qeyd edək ki, "Qarabağ" iki oyunun nəticəsinə görə "Sürix"i 5:4 hesabı ilə üstələyərək Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldi. Ağdam təmsilçisi bu mərhələdə Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.