Azərbaycan millisi Belarusa qalib gəldi

00:34 30 İyul 2022

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Belarus komandasına qarşı keçirilmiş oyunda millimiz 1:0 hesablı qələbə qazanıb.
 
U-19-un heyətində 81-ci dəqiqədə penaltidən Nəriman Axundzadə fərqlənib.
 
Bu komandalar arasında növbəti qarşılaşma iyulun 31-də olacaq. 


Digər xəbərlər

Xəbər xətti