Mahir Emreli dönüşünü qolla qeyd etdi

01:11 30 İyul 2022

Futbol üzrə Xorvatiya I Liqasında III turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasınnı hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" doğma meydanda "İstra"nı qəbul edib. Qarşılaşma zaqreblilərin 4:1 hesablı qələbəsiylə başa çatıb.

 

Zədəsini sağaldan Mahir də bu görüşün istirakçısı olub. 25 yaşlı forvard 81-ci dəqiqədə meydana daxil olub, 88-ci dəqiqədə isə komandasının 4-cü qolunun müəllifi olub.

 

3 turdan sonra 9 xal toplayan "Dinamo" çempionatın lideridir. 


Xəbər xətti