"Milan" yarımmüdafiəçi ilə razılaşdı

11:20 30 İyul 2022

"Milan" heyətinə yeni futbolçu qatmağa hazırlaşır. 

İtaliya klubu "Brügge"dən Şarl de Ketelare ilə razılaşıb. 21 yaşlı yarımmüdafiəçi ilə yaxında 5 illik müqavilə imzalanacaq. Belçika təmsilçisi bu transferdən 32+3 milyon avro qazanacaq. 

Qeyd edək ki, Şarl geridə qalan mövsüm yerli çempionatda 39 matçda 14 qol vurub və 8 qolun ötürməsini verib. 


Digər xəbərlər

Xəbər xətti