Şahmat Olimpiadası: Azərbaycan Filippin və Finlandiyaya qarşı

12:21 30 İyul 2022

Kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.
 
Kişilərdən ibarət yığma ikinci görüşünü Filippin seçməsinə qarşı keçirəcək. Komandamız ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.
 
Qadınlar isə bu dəfə Finlandiyanın müvafiq kollektivi ilə üz-üzə gələcək. Yığma ilk qarşılaşmasında Birləşmiş Ərəb Əmirliklərini məğlub edib - 4:0.
 
Ümumdünya Şahmat Olimpiadası
2-ci tur
30 iyul
 
Filippin – Azərbaycan
 
Mark Paraqua – Rauf Məmmədov
Rocerio Barcenilya – Qədir Hüseynov
Con Pol Qomes – Vasif Durarbəyli
Paulo Bersamina – Nicat Abbasov
 
Finlandiya – Azərbaycan
 
Anastasiya Nazarova – Günay Məmmədzadə
Yoanna Paasikanqas – Xanım Balacayeva
Tanya Tuominen – Gülnar Məmmədova
Sarabella Norlamo – Ülviyyə Fətəliyeva
 
Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq. 


Digər xəbərlər

Xəbər xətti