"Qarabağ"ın "Sürix"lə Çempionlar Liqasının II təsnifat mərhələsi oyununda (2:2) zədələnən futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, kolumbiyalı mərkəz müdafiəçisinin sol ayaq əzələlərində dartılma aşkarlanıb. Həkimlərin ilkin rəyinə görə Medina 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.