“Neftçi”nin rəqibində ayrılıq

14:00 30 İyul 2022

Avropa Konfrans Liqası III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid" klubunda ayrılıq gerçəkləşib .

 

Sportarena.az xəbər verir ki, Vyana təmsilçisi Lukas Zultsbaxerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi "Tirol" klubuna keçib.

 

Qeyd edək ki, "Neftçi" ilə "Rapid" arasında ilk oyun avqustun 4-ü Bakıda, cavab matçı isə bir həftə sonra Avstriyada baş tutacaq. 


Xəbər xətti