“Barselona”nın baş məşqçisi Xavi PSJ-də çıxış edən Lionel Messi haqda açıqlama verib.
Sportarena.az xəbər verir ki, ispan mütəxəssis argentinalı hücumçunun “Barselona”da 2-ci şansa layiq olduğunu deyib:
“Hazırda Messini gətirməyə köklənmək düzgün deyil. Kaş, Messi “Barselona”dan getməzdi. Düşünürəm ki, o, klubda 2-ci şansa layiqdir. Lakin indi PSJ ilə müqaviləsi var. 2023-cü ilin yayına qədər Paris klubunda qalacaq”.
"Barselona"nın yetirməsi olan 35 yaşlı futbolçu 2005-ci ildən əsas komandada çıxış edib. O, 2021-ci ilin aqvqustunda PSJ-yə keçib.