Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb.
Komanda Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayıb və "Sabah" rəqibinə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.
30 iyul
19:30. "Sabah" - "Nea Salamina" (Kipr)