Basketbol millisi Avropa çempionatının bürünc medalını qazandı

00:46 1 Avqust 2022

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının bürünc medalını qazanıb.

San Marinoda təşkil olunan Avropa çempionatının C divizionunda U-18 yığmamız 3-cü yer uğrunda görüşə çıxıb. Qrupda məğlub etdiyi Lüksemburq seçməsi ilə qarşılaşan milli gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə qalib gəlməyi bacarıb. 

Tahir Baxşıyev və Anar Sarıyevin komandası əlavə vaxta gedən oyunun yekununda 78:73 hesabı ilə üstün olaraq Avropa çempionatının bürünc medallarını əldə edib.


Digər xəbərlər

Xəbər xətti