İngiltərə Avropa çempionu oldu

00:57 1 Avqust 2022

Qadın futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib.

Final matçında Almaniya və İngiltərə milliləri üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Buna görə də matçda əlavə vaxt oynanılıb. 110-cu dəqiqədə daha bir qol vuran ingilislər 2:1 hesablı qələbə ilə tarixində ilk dəfə Avropa çempionu tituluna sahib olublar.   


Digər xəbərlər

Xəbər xətti