“Qarabağ”ın rəqibindən ilk oyunda çətin qələbə

11:05 1 Avqust 2022

Futbol üzrə Macarıstan çempionatında 2022/2023 mövsümünə start verilib.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqası III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş" doğma meydanda "Puşkaş Akademiya"sını qəbul edib. Matç Stanislan Çerçesovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Qarabağ" "Ferentsvaroş"la ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşünü isə avqustun 9-u Budapeştdə oynanılacaq. 


Xəbər xətti