“Sumqayıt”ı heç vaxt unutmaram” – Höccət Haqverdi

14:31 1 Avqust 2022

Bu yay “Sumqayıt”dan Təbrizin “Traktor” klubuna keçən Höccət Haqverdi “instaqram” səhifəsində paylaşım edib. Azərbaycan millisinin 29 yaşlı müdafiəçisi, “Sumqayıt”ı heç vaxt unutmayacağını yazıb:
 
“Təxminən iki ildən sonra “Sumqayıt”la vidalaşmağın vaxtı gəldi. Bu klubda çox gözəl günlər keçirmişəm və bu komandada olmaqdan qürur duyuram. Bütün heyətə, xüsusən də, mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildırirəm. “Sumqayıt”ı heç vaxt unutmaram və hamınız üçün darıxıram. Sizi yenidən görməyə ümid edirəm. Təşəkkürlər və gələcəkdə uğurlar. Böyük şəhərin tək komandası qürur mənbəyimizdir”.
 
Höccət Haqverdi 2021-ci ilin yanvarından bu ilin yayına qədər “Sumqayıt”da çıxış edib.


Digər xəbərlər

Xəbər xətti