“Neftçi”nin rəqibində yeni transfer sıradan çıxdı

14:54 1 Avqust 2022

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid" ciddi itkiylə üzləşib.

Sportarena.az xəbər verir ki, Vyana təmsilçisinin yarımmüdafiəçisi Patrik Qreyl sıradan çıxıb. 26 yaşlı futbolçu Avstriya Bundesliqasının II turunun “Klaqenfurt”la səfər matçında (1:0) zədələnib.

Qreyl 56-cı dəqiqədə Kristof Knasmüllnerlə əvəzlənib. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.

"Neftçi" ilə "Rapid" arasında ilk oyun avqustun 4-də Bakıda, cavab matçı isə bir həftə sonra Avstriyada baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti