Levandovski Benzema barədə: “Müqayisə etmək istəməzdim”

15:26 1 Avqust 2022

Robert Levandovski Kərim Benzema ilə qarşıdakı rəqabəti ilə bağlı sualı cavablandırıb.

O, bu rəqabətdən nə gözlədiyini açıqlayıb. “Benzema əla oyunçudur. O, bunu son Çempionlar Liqasında PSJ, “Çelsi” və “Mançester Siti”yə qarşı etdikləri ilə göstərib. O, 10, hətta 12 ildir ki, La Liqadadır - dəqiq xatırlamıram. Benzema bu liqa ilə çox tanışdır. Hətta Çempionlar Liqasında da ən yaxşılardan biri olduğunu sübut edib.

Məncə, La Liqada bu qədər yaxşı hücumçuların olması əladır. Azarkeşlər üçün daha maraqlı olacaq.

Mən özümü onunla müqayisə etmək istəməzdim. Çünki məni yenilik gözləyir, o isə uzun illərdir La Liqadadır.

Mənim üçün “Barselona” ilə nəyə nail olmağımız daha önəmli olacaq”, - “Barselona”nın hücumçusu bəyan edib.


Digər xəbərlər

Xəbər xətti