"Leyptsiq"in hücumçusu ilin ən yaxşı futbolçusu seçilib

15:44 1 Avqust 2022

Almaniya Bundesliqasında ilin futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ən yaxşı adına "Leyptsiq"in hücumçusu Kristofer Nkunku layiq görülüb.

 

Fransa milli komandasının üzvü "Kicker" dərgisi tərəfindən keçirilən və Almaniya İdman Jurnalistləri Birliyinin üzvü olan 698 jurnalistin iştirak etdiyi səsvermədə qalib olub. 24 yaşlı futbolçu 158 səs toplayıb.

 

"Bavariya"dan "Barselona"ya keçən Robert Levandovski 138 səslə ikinci, "Ayntraxt"ın qapıçısı Kevin Trapp isə 66 səslə üçüncü olub. 


Digər xəbərlər

Xəbər xətti