Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol (PFL) Liqasının prezidenti Elxan Səmədov Premyer Liqa və 1-ci divizion oyunlarını idarə edəcək hakimlərlə görüşüb.
Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, görüşdə Hakimlər Komitəsinin yeni sədri Barış Şimşek və komitə üzvləri də iştirak ediblər.
AFFA və PFL rəsmiləri hakimlərə yeni mövsümün startı ərəfəsində uğurlar arzulayıb və müvafiq tövsiyələrini veriblər.