Fransanın “Monako” klubundan ayrılan Sesk Fabreqasın yeni iş yeri müəyyənləşib. 35 yaşlı futbolçu bundan sonra İtaliyanın B Seriyasında mübarizə aparan “Komo”da forma geyinəcək.
Bu barədə ispaniyalı oyunçunun yeni klubu məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. O, yeni komandasında 4 nömrəli formanı geyinəcək.
Fabreqas 2019-cu ilin yanvarından “Monako”da çıxış edirdi. O, əvvəllər “Arsenal”, “Barselona” və “Çelsi” kimi nəhəng klublarda çıxış edib. İspaniya yığmasında 110 oyun keçirmiş Sesk, 115 qola imza atıb.