"Fənərbaxça" Şimali Makedoniya millisinin üzvünü transfer etdi

10:38 2 Avqust 2022

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl Əhli” klubundan cinah müdafiəçisi Ezqan Alioskini icarəyə götürüb.

Bu barədə İstanbul klubun mətbuat xidməti məlumat yayıb. Şimali Makedoniya millisinin üzvü 2022/2023 mövsümünü "Fənərbaxça"da keçirəcək.

Qeyd edək ki, Alioski daha əvvəl İsveçrədə “Lütsern, “Luqano”, İngiltərədə “Lids”də çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti