"Ferentsvaroş" Bakıya gəlir - FOTO

12:07 2 Avqust 2022

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş" ilk oyun üçün Bakıya gəlir.

Sportarena.az xəbər verir ki, Macarıstan çempionu çarter reysilə Budapeştdən birbaşa paytaxtımıza uçacaq.

Komanda bu gün oyundanöncəsi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" matçı sabah 20:00-da start götürəcək. 



Digər xəbərlər

Xəbər xətti