"Qarabağ" "Ferentsvaroş" səddini keçə bilməsə, rəqibi hansı komanda olacaq?

13:25 2 Avqust 2022

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın da mümkün rəqibi bəlli olacaq.

Belə ki, Ağdam təmsilçisi "Ferentsvaroş" səddini keçə bilməsə, AL-in pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə qarşılaşacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) cütünün məğlubu

“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün məğlubu

“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün məğlubu

“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün məğlubu

"Qarabağ" "Ferentsvaroş"la ilk oyunu sabah Bakıda keçirəcək. Matç saat 20:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Macarıstanda olacaq.

​Avropa Liqasının pley-offunun matçları avqustun 18-də və 25-də keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti