“Qarabağ" futbol klubunun tarixi ilə bağlı sənədli film çəkiləcək. Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, filmdə klubun tarixi, ona qarşı olan ədalətsizliklər yer alacaq: "Film bu il ərzində ictimaiyyətə təqdim ediləcək".