Çempionlar Liqası: "Qarabağ" "Ferentsvaroş"la heç-heçə etdi - YENİLƏNİB

22:33 3 Avqust 2022

"Qarabağ" bu gün Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç 20:00-da start götürüb.

Komandalar arasında cavab görüşü avqustun 9-da Budapeştdə oynanılacaq.

UEFA Çempionlar Liqası

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)  1:1

Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu


Xəbər xətti