Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"i Bakıya uçub.
Sportarena.az xəbər verir ki, Avstriya klubu Vyanadan Bakıya 2800 km yol qət edəcək.
Bu gün saat 19:15-də Vyana təmsilçisinin çalışdırıcısı Ferdinand Feldhoferin "Bakcell Arena"da mətbuat konfransı keçiriləcək. 20:00-da isə komanda oyunöncəsi ilk məşqini keçirəcək.
"Neftçi"- "Rapid" matçı avqustun 4-də Bakıda, cavab görüşü isə avqustun 11-də Vyanada keçirəcək.