"Ferentsvaroş"un azərbaycanlı prezidenti şəxsi təyyarəsi ilə Bakıya gəldi

15:20 3 Avqust 2022

"Ferentsvaroş"un əslən azərbaycanlı prezidenti Qabor Kubatov Bakıya gəlib.

Sportarena.az xəbər verir ki, o, şəxsi təyyarəsi ilə yenicə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Funksioner Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyurub.

Kubatovun Azərbaycanla bağlılığına da toxunan mənbə bildirib ki, Macarıstan parlamentinin deputatı vikipediyada naxçıvanlı kimi göstərilsə də, o, ana tərəfdən əslən Quba yəhudilərindədir:

"Onların təqribən 100 il öncə Macarıstana köçdükləri barədə məlumatlar var" (report). 


Digər xəbərlər

Xəbər xətti