“Qarabağ” ÇL-in ən yaxşıları arasında yer alıb

12:29 4 Avqust 2022

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra 2022/23 mövsümündə turnirdə ən çox qol vuran komandaların siyahısını açıqlayıb. 

Ən yaxşılar arasında Azərbaycan təmsilçisi "Qarabağ"da var. Ağdam klubu yeni mövsümdə çıxdığı 5 matçda ümumilikdə 11 qol vurub. "Qarabağ"ın 3-cü mərhələdəki rəqibi "Ferentsvaroş" da 11 qola imza atıb. Ona görə də "Qarabağ" Macarıstan təmsilçisi ilə birlikdə sıralamada 3-cüdür.

1-ci yerdə Norveç "Bodo Qlimt"idir - 17 qol. "Vikinqur" (İslandiya) isə 2-ci pillədə yer alıb - 12 qol. 

“Qarabağ” künc zərbələrinin sayına görə liderdir. Onlar 5 matçda 38 dəfə künc zərbəsi yerinə yetiriblər.

Bunu da qeyd etmək lazımdır ki, Azərbaycan təmsilçisi ən çox kobudluğa məruz qalan və ən çox faul edən komandadır. 71 dəfə qayda pozan “Qarabağ”a qarşı 74 dəfə də qayda pozulub. 


Digər xəbərlər

Xəbər xətti