İslamiadada çıxış edəcək Azərbaycan taekvondoçularının adları məlum olub

16:22 4 Avqust 2022

Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək taekvondoçuların adları dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, məşqçilər korpusu yarışda 14 idmançıya şans verəcək.

 

Kişilərdən ibarət milli baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında dayanq üzərinə Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Pərviz İsgəndərov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74), Taleh Süleymanov (80 kq), Milad Beiqi Harçeqani (87 kq) və Radik İsayev (+87 kq) çıxacaqlar.

 

Qadın taekvondoçulardan ibarət yığmanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov isə İslamiadada Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovanı (67 kq) sınaqdan keçirəcək.

 

İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da olacaq və yarış 18-dək davam edəcək. Konyada taekvondoçularımız mübarizəsi də start günündən başlayacaq. Dayanq ustaları 4 gün ərzində güclərini yoxlayacaqlar.


Digər xəbərlər

Xəbər xətti