Avropa Liqası: "Fənərbaxça" böyükhesablı qələbə qazandı

01:52 5 Avqust 2022

Avropa Liqasında 2022/23 mövsümünə start verilib. Turnir 3-cü təsnifat mərhələsininin ilk oyunları ilə başlayııb. Bu raundda 14 komandanın iştirakı ilə 7 görüş baş tutub.
 
Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə baş tutub. "Fənərbaxça" evdə Çexiyanın "Slovaçko" komandasını sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib.
 
"Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avroliqadakı potensial rəqibləri olan İrlandiyanın "Şemrok Rovers" və Şimali Makedoniyanın "Şkupi" klubları Dublində üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı matçda irlandlar qələbəyə seviniblər.
 
Bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.
 
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
 
AEK (Larnaka, Kipr) - Partizan (Serbiya) 2:1

Malmö (İsveç) - Düdelanj (Lüksemburq) 3:0

Fənərbaxça (Türkiyə) - Slovaçko (Çexiya) 3:0

Maribor (Sloveniya) - HJK (Helsinki, Finlandiya) 0:2

Linfild (Şimali İrlandiya) - Sürix (İsveçrə) 0:2

Şemrok Rovers (İrlandiya) - Şkupi (Şimali Makedoniya) 3:1

Olimpiakos (Yunanıstan) - Slovan (Bratislava, Slovakiya) 1:1


Digər xəbərlər

Xəbər xətti