Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artdı

03:03 5 Avqust 2022

Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb. Bu, "Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Avstriyanın "Rapid" (Vyana) klubuna 2:1 hesabıyla qalib gəlməsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0.250 xal gətirib.
 
Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1.625-ə, son 5 mövsümdə isə 14.250-yə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb.
 
28-ci sırada 15.375 xala malik Polşa qərarlaşıb. Azərbaycanı isə Sloveniya və Qazaxıstan izləyir. Bu ölkələrin hesabında 12.375 xal var. 


Digər xəbərlər

Xəbər xətti