"Rapid"in kapitanı: "Öz meydanımızda biz daha yaxşı oynamalıyıq"

Sportarena.az      5 Avqust 2022 , 12:42

Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Rapid"in kapitanı Qvido Burqştaller Avstriya mətbuatına danışıb.

Sportarena.az xəbər verir ki, "Derstandart"a açıqlama verən təcrübəli hücumçu Bakıdakı görüşlə bağlı bunları deyib:

​"İlk yarıda pis oynadıq, öz futbolumuzu göstərmədik. Birinci hissədə çox problemimiz var idi. Matçın son dəqiqəsində qol vurmağımız bizi sevindirir. Bu, çox vacib idi. Cütün taleyi məsələsi hələ də açıq qalıb. Evə 0:2 hesablı məğlubiyyətlə qayıtmaq çox üzücü olardı. Öz meydanımızda biz daha yaxşı oynamalıyıq. Buna gücümüz çatar". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin