PSJ portuqaliyalı futbolçu üçün 15 milyon avro ödəyib

13:33 5 Avqust 2022

Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib. Liqa 1 nəhəngi “Lill”dən Renato Sançesi transfer edib.
 
Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Parislilər bu transfer üçün “Lill”ə 15 milyon avro ödəyiblər.
 
Renato Sançes Portuqaliyanın “Benfika” klubunun yetirməsidir. 


Xəbər xətti