"Sevilya" "Mançester Yunayted"in müdafiəçisini heyətinə qatdı

13:57 5 Avqust 2022

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Əndəlus təmsilçisi "Mançester Yunayted"dən Aleks Tellesi heyətinə qatıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Braziliyalı sol cinah müdafiəçisi 2022/2023 mövsümünü icarə əsasında "Sevilya"da keçirəcək.

 

Qeyd edək ki, Aleks Telles "Mançester Yunayted"ə 2020-ci ilin oktyabr ayında "Portu"dan transfer olunub. 29 yaşlımüdafiəçi son mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 26 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti