"Qarabağ"ın iki futbolçusu "Səbail"ə qarşı oynamayacaq

14:43 5 Avqust 2022

“Qarabağ” Premyer Liqanın ilk turunda “Səbail”lə qarşılaşacaq.

Sportarena.az xəbər verir ki, Ağdam klubu bu matça itkilərlə çıxacaq. Bu görüşdə “Qarabağ”ın kapitanı Maksim Medvedev komandaya kömək edə bilməyəcək.

​Bu oyunu Ağdam klubunun digər müdafiəçisi Kevin Medina da buraxacaq. 

“Qarabağ” – “Səbail” matçı sabah “Azərsun Arena”da saat 20:00-da start götürəcək. 


Xəbər xətti