CAS Nurlan İbrahimovla bağlı qərarın tarixini yenə dəyişdi

15:59 5 Avqust 2022

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun mətbuat xidmətinin keçmiş rəhbəri Nurlan İbrahimovla bağlı  qərarı növbəti dəfə təxirə salınıb.

İbrahimovun vəkili Fərid Haqverdiyev bu barədə öz sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib. CAS Nurlanın məsələsi ilə bağlı qərarın verilmə tarixini sentyabrın 11-dək uzadıb. 

Qərar avqustun 11-də açıqlanmalı idi.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı "Feysbuk" səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” isə 100 000 avro cərimələnib. O, ötən il yanvar ayının 19-da Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb. CAS Nurlanla bağlı qərarın açıqlanmasını daha əvvəl 5 dəfə təxirə salıb. 


Digər xəbərlər

Xəbər xətti