Nara və İkardi yenə boşanır

12:25 6 Avqust 2022

PSJ-nin futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Nara oyunçudan boşanmağa hazırlaşır. O, bu barədə özü açıqlama verib.

Vanda boşanmaq üçün Argentinaya getdiyini bildirib: “Mən Argentinadayam, çünki Mauro ilə boşanıram. Daha dözə bilmirəm”.

Xatırladaq ki, ötən ilin oktyabrında Vanda Nara sosial şəbəkələrin birində futbolçunun onu aldatdığını bildirmişdi. İdmançının həyat yoldaşı Mauro ilə olan bütün şəkilləri öz hesabından silib. Daha sonra o, 29 yaşlı hücumçunu bağışladığını bildirmişdi. Cütlüyün iki qızı var.

Onu da qeyd edək ki, Vanda Nara bu dəfə də futbolçu ilə birgə fotolarını sosial şəbəkə hesablarından silib. 


Digər xəbərlər

Xəbər xətti