“Bavariya”ın yeni transferi Sadio Mane Almaniya Bundesliqasında yeni mövsümün ilk turunda “Ayntraxt”ın qapısına qol vurmaqla, Münhen klubunda rekordu təkrarlayıb. Seneqallı hücumçu son 10 ildə klubun ilk iki rəsmi matçında qol vuran birinci futbolçudur.
Mane bundan əvvəl Almaniya superkubokunda “Leyptsiq”lə matçda (5:3) da fərqlənmişdi. Ondan əvvəl münhenlilərin heyətində ilk iki matçda qol vuran sonuncu futbolçu Mario Mancukiç olub. Xorvatiyalı forvard 2012-ci ildə “Bavariya”nın heyətində ilk 4 qarşılaşmada qol vurmağı bacarıb.
“Bavariya “Ayntraxt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib.