"Şaxtyor" "Qarabağ"ın rəqibindən futbolçu alıb

Sportarena.az      6 Avqust 2022 , 13:30
Futbol üzrə Ukrayna yığmasının yarımmüdafiəçisi Aleksandr Zubkov Macarıstanın “Ferentsvaroş” klubundan ayrılıb. Sportarena.az xəbər verir ki, o, Donetsk "Şaxtyor"una keçib.
 
26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Transferin digər detalları açıqlanmayıb.
 
Zubkovun Budapeşt klubu ilə sözləşməsi 2024-cü ilədək idi. Lakin komandanın rusiyalı baş məşqçisi Stanislav Çerçesov onu Çempionlar Liqasının oyunlarına sifariş etmirdi.
 
“Ferentvaroş" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibidir. Bu iki komanda arasında Bakıda keçirilmiş ilk matç heç-heçə bitib - 1:1. Cavab görüşü avqustun 9-da Macarıstan paytaxtında baş tutacaq.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin