“Atletiko” – “Yuventus” matçı təhlükəsizliyə görə ləğv olundu

Sportarena.az      6 Avqust 2022 , 18:13

Sabah “Atletiko” ilə “Yuventus” arasında İsrailin Tel-Əviv şəhərində keçirilməli olan yoxlama oyunu ləğv edilib.

Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə qərar qəbul olunmasına səbəb Qəzza zolağındakı vəziyyətin gərginliyidir. Komandalar təhlükəsizlik üçün yoxlama görüşü keçirməmək qərarına gəliblər.

“Atletiko” da öz növbəsində oyun üçün başqa rəqib axtaracaq və bu matçın İsraildə baş tutub-tutmayacağı məlum deyil.

Komandalar üçün bu yoxlama görüşü yeni mövsümə hazırlıq prosesinin sonu olmalı idi. Çünki İspaniya və İtaliya çempionatlarının startı təxminən bir həftədən sonra baş tutacaq.  La Liqada avqustun 12-də, A Seriyasında isə avqustun 13-də yeni mövsüm start götürəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin