Türkiyə çempionatı: "Qalatasaray" mövsümə qələbə ilə başladı - VİDEO

02:00 8 Avqust 2022

Futbol üzrə Türkiyə Super Liqasında 1-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha 3 qarşılaşma baş tutub.

“Girəsunspor” doğma meydanda “Adana Dəmirspor”a, “Fatih Karagümrük” isə “Alanyaspor”a uduzub.

“Qalatasaray” səfərdə “Antalyaspor”la münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə son dəqiqə qolu ilə qalib gəliblər.

Türkiyə Super Liqası
1-ci tur

Girəsunspor – Adana Dəmirspor 2:3
Qol: Sayns, 56. R.Berisbek, 90+1 – G.İnler, 23. Belhanda, 28. Onyekuru, 82.

Fatih Karagümrük – Alanyaspor 2:4
Qol: Borini, 55. Biraski, 72 – Eduardo, 19; 70. E.Bəkiroğlu, 28. E.Yardımcı, 90+3.

Antalyaspor – Qalatasaray 0:1
Qol: Qomis, 90. 

 


Digər xəbərlər

Xəbər xətti