Futbol üzrə Almaniya 3-cü liqasında 2-ci turun oyunları keçirilib. Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Osnabryuk”la qarşılaşıb. İki qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib - 1:1.
Nazarov bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Ersgebirge” 2 turdan sonra 2 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.