Dadaşovlu “Şalke” doğma meydanda məğlub oldu

02:56 8 Avqust 2022

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Lippstadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Şalke”nin ikinci komandası 3 turdan sonra 6 xalla 18 kollektiv arasında 7-ci qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti