Maksim Medvedev “Ferençvaroş”la oyunda iştirak etməyəcək

11:05 8 Avqust 2022

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasında “Ferençvaroş”la keçiriləcək matçda iştirak etməyəcək.

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. O bildirib ki, Maksim belindəki ağrılar səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, matç avqustun 9-u Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti