Şahmat Olimpiadası: Qadın millimiz Ermənistanı darmadağın etdi

19:47 8 Avqust 2022

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu gün 10-cu turun görüşləri keçirilib.
 
Azərbaycanın milli komandaları da növbəti görüşlərinə çıxıblar. Həm kişilərdən, həm də qadınlardan ibarət millimiz Ermənistanla qarşılaşıb. Qadın millimiz Ermənistanı 4:0 hesabı ilə darmadağın edib, kişi millimiz isə uduzub - 1:3. 
 
 
Ümumdünya Şahmat Olimpiadası
10-cu tur
8 avqust
 
Kişilər
 
Azərbaycan – Ermənistan 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan 0:1
Qədir Hüseynov – Hrant Melkumyan 0,5: 0,5
Vasif Durarbəyli – Manuel Petrosyan 0.5:0,5
Nicat Abbasov – Robert Hovanisyan 0:1
 
Qadınlar
 
Ermənistan – Azərbaycan 0:4
Elina Danielyan – Günay Məmmədzadə 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1


Digər xəbərlər

Xəbər xətti