"Borussiya" növbəti transferi həyata keçirib.
Sportarena.az xəbər verir ki, "Köln"ün forvardı Antoni Modest Dortmund klubuna keçib. Tibbi müayinədən keçən 33 yaşlı forvard 2023-cü ilin iyununa qədər "Borussiya"ya məxsus olacaq.
Modest 2018-ci ildən "Köln"də çıxış edirdi.