Dünya çempionatı: 8 cüdoçumuz Ekvadora yollanır

11:59 9 Avqust 2022

10-13 avqust tarixlərində Ekvadorun Quayaquil şəhərində gənclər arasında Dünya çempionatı keçiriləcək. 

Sportarena.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək. İdmançılarımız 5 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

10 avqustda -60 kq. çəkidə Turan Bayramov, 11 avqustda -73 kq.  çəkidə Vüsal Qələndərzadə və Qadir Hüseynov, 12 avqustda -81 kq. çəkidə Elcan Hacıyev və Məhərrəm İmamverdiyev, -90 kq. çəkidə Vüqar Talıbov, 13 avqustda isə -100 kq. çəkidə Ruslan Nəsirli və +100 kq. çəkidə Kənan Nəsibov tatamiyə çıxacaq.

Cüdoçularımız baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.  


Digər xəbərlər

Xəbər xətti