İslamiada: Kişi voleybolçulardan ibarət millimiz qələbə qazandı

12:44 9 Avqust 2022

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Knoya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk oyununa çıxıb.

Millimiz A qrupundakı ilk tur matçında rəqib Sudanla qarşılaşıb və 3:0 (25:13,25:20, 25:22) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimiz növbəti turda avqustun 11-də Kamerunla üz-üzə gələcək. 


Xəbər xətti