Şahmat millilərimiz Olimpiadanı medalsız başa vurdu

14:10 9 Avqust 2022

Kişi və qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası başa çatıb.

Medal qazanmaq şansı olan qadın millimiz son turda Gürcüstana 1:3 hesabı ilə uduzub. Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci pillədə başa vurub. Ukrayna (18 xal) turnirin qalibi adın yiyələnib.

Kişi millimiz isə Serbiyaya 2,5:1,5 hesabı ilə qalib gəlib.Özbəkistan isə Olimpiadanın qalibi olub.

Qadınlar 

Azərbaycan – Gürcüstan 1:3

 

Günay Məmmədzadə – Nana Dzaqnidze - 0,5:0,5

Xanım Balacayeva – Nino Batsiaşvili - 0:1

Gövhər Beydullayeva – Lela Cavaxişvili - 0,5:0,5

Ülviyyə Fətəliyeva – Meri Arabidze - 0:1

Kişilər

Azərbaycan – Serbiya - 2,5:1,5

Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç - 1:0

Rauf Məmmədov – Velimir İviç - 0,5:0,5

Qədir Hüseynov – Robert Markus - 0,5:0,5

Vasif Durarbəyli – İvan İvanişeviç - 0,5:0,5 


Digər xəbərlər

Xəbər xətti