“Qarabağ” nə qazandı?

01:07 10 Avqust 2022

Macarıstan "Ferentsvaroş"unu mübarizədən kənarlaşdıraraq (1:1, 3:1) Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ” avrokuboklarda üstünlük əldə edib.

Ağdam klubu ən azı Avropa Liqasının qrupunu və həmin turnirin mükafatı kimi  3,63 milyon avronu avtomatik olaraq təmin edib.

Həmçinin, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının qrup mərhələsində bir mərhələ də yaxınlaşıb. Komanda ÇL-in pley-offunda "Viktoriya" (Çexiya) qarşılaşacaq. 

“Qarabağ” pley-offda uduzacağı halda belə, Avropa Liqasının qrupunda mübarizəni davam etdirəcək. Yəni, "Qarabağ" ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış edəcək. 


Digər xəbərlər

Xəbər xətti